27 İyul 2016 23:52
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Hüseynov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Gülnarə Abdullayeva yaşadığı evdə sirkə turşusu içib. O, ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, Gülnarə Abdullayeva intihar etmək məqsədilə sirkə turşusu içib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: