25 İyun 2014 10:23
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda intihara cəhd hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonunu Həşimxanlı kəndində qeydə alınıb.

Məlumata görə, dünən axşam saatlarında Mübariz adlı kənd sakini özünü Kür çayına atıb. Onu ərazidə balıq tutan kənd sakinləri xilas edib. Balıqçılar 70 yaşlı kişini sudan çıxarıblar. O, sudan çıxarıldığı üçün balıqçıları ittiham edib. Deyib ki, 20 gündür havası çatmır, ölmək istəyir.

70 yaşlı kişi intihara cəhd edən zaman qolu və ayaqları sınıb. 70 yaşlı kişi qohumları vasitəsi ilə xəstəxanaya aparılıb. Hazırda onun müayinəsi xəstəxanada davam etdirilir.

Hadisə ilə bağlı Sabirabad rayon hüquq-mühafizə orqanlarına məlumat verilib. Uzun müddət Sabirabad rayonunun Ətcələr kənd tibb məntəqəsinin rəhbəri işləyən Mübariz son illər təqaüdə çıxmışdı. İlkin məlumata görə, son vaxtlar onun psixi durumunun pozulubmuş.

Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.


Hacı Zeynalov


Müəllif: