28 İyul 2016 23:17
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda evdən oğurluq edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Sahil qəsəbəsində yaşayan Vilayət Əliyevin evindən oğurluğa cəhd göstərmiş həmyerliləri Elgün Quliyev və Kamran Zərbəliyev tutulublar.

Onların Zalxa Quliyevaya məxsus evdən qızıl əşyalar, Ülvi Mehdiyevin evindən 6900 manat dəyərində qızıl əşyalar oğurlamaları, Səfa Məmmədovanın mənzilindən oğurluğa cəhd göstərmələri və həmçinin E.Quliyevin Samir Cabbarova məxsus evdən 200 manat və 900 ABŞ dolları, habelə 20000 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: