29 İyul 2016 10:35
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin təmin edilməsinin vəziyyəti baxımından ictimai təhlükəsizliyin və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini bu gün də qoruyub saxlamaqdadır”.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, ötən 10 ildə hər il orta hesabla 20 minə yaxın cinayət qeydə alınıb və onların 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır, qalan 10%-i ağır və xüsusilə ağır növlərdir: “Birləşmiş Millətlər Təşkilatının rəsmi hesabatlarına görə əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,9 fakt, quldurluqlar 1,4 fakt, hədə-qorxu ilə tələb etmələr 0,4 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər 2016-cı ilin 6 ayında da davam etmiş, kriminogen durumları nəzarətdə saxlanılıb”. Qeyd olunub ki, bu ilin 6 ayı ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14251 (2015-ci ilin müvafiq dövrü ilə müqayisədə +718 və ya +5.3%) cinayət qeydə alınıb:

“Onların 94,2 %-i və ya 13429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən (3645) və az ağır (7795), yalnız 14,8%-ni (1989) ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Qeydə alınmış cinayətlərin strukturunda 2340-ı (2015-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə 15 və ya 0.6% çox) şəxsiyyət əleyhinə, 7271-i (+1890; +35.1%) iqtisadi sahədə törədilən, onlardan 7184-ü (+1879; +35,4%) mülkiyyət əleyhinə, 3441-i (-248;-6,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 365-i (+4; +1.1%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir”. Bildirilir ki, cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz (+0,1%) təşkil edib: “O cümlədən ağır və xüsusilə ağır cinayətlərin (0,5%), şəxsiyyət (1,2%) və mülkiyyət (2,6%) əleyhinə olanların, qəsdən adam öldürməyə cəhdlərin (2,3%), qəsdən sağlamlığa ağır zərər vurmaların (1,1%) və xuliqanlıqların (2,4%) açılması yaxşılaşıb. Adam oğurluğu, əzab vermə, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin açılması tam təmin edilib. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla (+2,8%) 74.9 faizə yüksəlib”.

İdarədən daha sonra bildiriblər ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz (-5, 91-96), zorlamalar 16,7 faiz (-3, 15-18), avtonəqliyyatın qaçırılması 13 faiz (-16, 108-124), xuliqanlıqlar 6,4 faiz (-33, 485-518), yol-nəqliyyat hadisələri 13,4 faiz (-140, 905-1045), qəzalarda həlak olanların sayı 25,3 faiz (-103; 304–407), xəsarət alanların sayı 13,2 faiz (-147, 970-1117) azalıb: “Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 8,4% (691-754) və yetkinlik yaşına çatmayanların cinayətləri -5,8% (244-259) azalıb. Mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140 (+37.5%; 4181-3041), dələduzluq cinayətləri 710 (+41.4%; 2427-1717), soyğunçuluqlar 24 (+16.7%;168-144), quldurluqla bağlı cinayətlər 12 (+ 14.0%; 98-86) fakt artıb.

Hacı Zeynalov


Müəllif: