29 İyul 2016 11:12
272

Bu ilin 6 ayı ərzində transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olub.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlib.
Məlumata görə, narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675 (-132), o cümlədən onların satışı ilə bağlı 429 (-49) fakt üzrə, cinayətkarlardan, ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox (+41%), bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb: “Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1132 nəfərdən 1023-ü (90,4%) əmək qabiliyyətli işləməyən və oxumayan, 430-u (38%) əvvəllər cinayət törətmiş şəxs, 13-ü (1,1%) qadınlardır.

Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 (+9) cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kq (+62,7 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın (+11,1 ton) olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib”.

Hacı Zeynalov


Müəllif: