29 İyul 2016 12:22
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində insan alverinə qarşı mübarizə sistemli və ardıcıl olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox (+13), yaxud 93 insan alveri cinayəti müəyyən edilib.

“Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 (+5) nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 (+4) şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub”, - deyə idarədən bildiriblər.

Hacı Zeynalov


Müəllif: