29 İyul 2016 12:45

Abşeron rayonunda özlərini polis kimi təqdim edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, iyulun 26-da Novxanı kənd sakini Əli İsmayılov Abşeron rayon Polis İdarəsinə müraciət edilib.

Ə.İsmayılov bildirib ki, iyulun 24-də saat 03 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gələn, özünü Cəlilabad rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edən Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib.

Həmin şəxs Əli İsmayılovu qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxlayıb, hədə-qorxu gələrək 5000 manat istəyib. Həmin şəxs Əli İsmayılovdan 3000 manat aldıqdan sonra onu buraxıb.

Lakin sonradan həmin şəxs Əli İsmayılovun telefonuna zəng edərək əlavə 2000 manat pul tələb edib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar. T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...