29 İyul 2016 16:19

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Balakürd kəndində qeydə alınıb.

Kənd sakini Elşən Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Raqif Əbdüləzimovu vurub. Raqif Əbdüləzimov hadisə yerində ölüb.

Faktla bağlı Goranboy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...