29 İyul 2016 22:14
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda oğurluq edən şəxslər həs edilib. Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakini Sədaqət Məhərrəmovaya məxsus mağazadan pəncərədən girmək yolu ilə danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlanıb.

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Hüseyn Fətullayev və Fərid Mirzəyev tutulublar.

Hacı Zeynalov


Müəllif: