25 İyun 2014 11:25
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Rəncbər kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Taleh Novruzov münaqişə zəminində həmkəndlisi Ramid Babayevi bıçaqlayıb. Ramid Babayev xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Taleh Novruzov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: