29 İyul 2016 21:35
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dalğalı kəndinin meşə zolağında narkotik plantasiyası aşkar olunub.

Oradan kultivasiya yolu ilə yetişdirdiyi 179 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Məlum olub ki, həmin ərazidə narkotik vasitələri kənd sakini Zaur Şamxalov becərib.
Zaur Şamxalov həbs edilib.

Hacı Zeynalov


Müəllif: