30 İyul 2016 11:42
412

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Teleqaf.com xəbər verir ki, cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olsa da, iş hakim icraatına verilməyib.

Yaxın günlərdə işin hakim icraatına veriləcəyi gözlənilir.

Qeyd edək ki, Mehriban Hüseynova Cinayət Məcəlləsinin 29,180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur.

Mehriban Hüseynova İlhamə Quliyevanın şikayəti əsasında saxlanılıb.

Xatırladaq ki, İlhamə Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif: