30 İyul 2016 19:16

Bakının Binəqədi rayonunda oğurluq edən şəxslər zərərsizləşdirilib.

 

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Pərvanə Həsənova, Aysel Həsənova və Cavid Həsənov tutulublar.


Onlar iyulun 28-də Novxanı qəsəbəsində yaşayan Ələsgər Bağırovun evindən 2800 manat və 2400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamaqda şübhəli biliniblər. 


Həbs olunan şəxslərin qohum olduqları bildirilir.

 

Məlumata görə, Cavid Həsənov Pərvanə Həsənovanın bacısı oğludur. Aysel Həsənova ilə Pərvanə Həsənova isə gəlin-baldız olublar. 


Hacı Zeynalov


Müəllif:
Загрузка...