30 İyul 2016 18:28
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda narkotik və silah sursatın tapılması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağdam rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ayaqqərvənd kənd sakini Mübariz Məmmədovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” markalı ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürülüb.

Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilib.

Hacı Zeynalov


Müəllif: