30 İyul 2016 22:13
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax-Xaldan yolunda üç avtomobilin toqquşması ilə nəticələnmiş yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax-Xaldan yolunda “KaMAZ” markalı yük, “OKA” və “QAZ” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış “OKA” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:05-də başa çatıb.


Müəllif: