31 İyul 2016 09:17

Meksikanın Herrero ştatında cinayətkarlar bir ailənin yeddi üzvünü öldürüb.

Öldürülənlərdən dördü uşaqdır. TASS agentliyinin məlumatına görə, insanlar öz evində öldürülüb. Cinayətkarlar qətli törədərkən odlu silahdan istifadə edib. Ailənin balaca üzvlərindən biri cinayətkarların gözündən yayınaraq qaçmağa macal tapıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hər hansı versiya irəli sürməyiblər. Qeyd edilir ki, cinayətkarlar cari ilin əvvəlindən bu günədək ölkənin 12 bölgəsində 24 ailəni qətlə yetiriblər.


Müəllif:
Загрузка...