Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinin basqın edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, iyunun 24-də paytaxtın Suraxanı rayonu ərazisində “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan külli miqdarda pul və digər əşyalar oğurlayan 5 nəfərdən ibarət mütəşəkkil dəstə həbs edilib.
Dəstə üzvlərinin tutulması üçün əməliyyatı Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşları keçirib. Onlardan maddi sübut kimi yanacaqdoldurma məntəqəsindən oğurlanan monitor və xüsusi geyim vasitələri götürülüb.
Hacı Zeynalov