31 İyul 2016 19:05
346

Ötən gecə Bakıda yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü qəza törədib.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Ayna Sultanova heykəli yaxınlığında baş verib.

Bakı Şəhər Dövlət Yol Polisinin xidməti avtomobili, “BMW” markalı idman avtomobilini saxlamağa çalışıb.

Bu zaman sürücünün idarəetməsindən çıxan minik avtomobili maneəyə çırpılıb.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: