31 İyul 2016 21:33

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.

Xırdalan şəhər sakini, 1989-cu il təvəllüdlü Ramin İslamov mübahisə zəminində 1988-ci il təvəllüdlü Cavid Bünyadovu kürək nahiyəsinə bıçaqlayıb.

Cavid Bünyadov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisə qız üstündə baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...