31 İyul 2016 22:10
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bank filiallarından birində basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə Accessbank” QSC-nin “Beyləqan” filialında qeydə alınıb.

Məlumata görə, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən “Accessbank” QSC-nin “Beyləqan” filialından “həyəcan” siqnalı daxil olub.

Mübafizə polis əməkdaşları hadisə yerinə gediblər. Bu zaman bankın “Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.

Hacı Zeynalov


Müəllif: