25 İyun 2014 13:09
543

Bakının Nəsimi rayonunda koma vəziyyətində xəstəxanaya gətirilən qadının kimliyi məlum olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə iyunun 22-də S.Vurğun küçəsindən koma halında xəstəxanaya gətirilmiş qadının kimliyi müəyyənləşib. Həmin şəxsin Bakı şəhər sakini Maidə Xalmetova olması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: