25 İyun 2014 17:31

Masallıda 5 hektar taxıl sahəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Alışanlı kəndində (rayon mərkəzindən 9 km aralı) 5 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.


Müəllif: