26 İyun 2014 11:48
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən “İsuzu” markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır./APA/


Müəllif: