Bərdə polisi qanunsuz narkotik maddə hazırlayan şəxsi yaxalayıb.
Bu əslən Ahıska türkü olan Gəncə rayon sakini 45 yaşlı Paxrəddin Nurəddin oğlu Svanidzedir.
Yaş halda 2 kq dan yuxarı narkotik bitki Bərdə polisi tərəfindən maddi sübut kimi götürülüb. Saxlanılan şəxs polisə ifadəsində narkotik bitkini işləmək üçün gəldiyi Tərtər rayonunda sahədən topladığını deyir.
Faktla bağlı CM-nin 234.1 maddəsiylə cinayət işi açılıb. Hazırda polis əvvəllər də bu işlə məşğul olan Paxrəddin Şivanidzenin narkotik bitkini hansı yolla əldə etdiyini araşdırır./anspress/