27 İyun 2014 16:01
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qadın zorakılıqla üzləşib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə Sumqayıt şəhəri 5-ci mikrorayonun ərazisində qeydə alınıb. Naməlum şəxs Sumqayıt şəhər sakini Nazilə Məhərrəmovaya zor tətbiq edərək qızıl boyunbağısını alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.

Hacı Zeynalov


Müəllif: