43 yaşlı kişi özünü dənizə ataraq intihar edib
Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində sakinlər dəhşətli anlar yaşayıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı Bulvarında 43 yaşlı Bəxtiyar Qədim oğlu Musayev özünü dənizə atıb.
Bəxtiyar Musayev bərkdən “həyatdan bezmişəm” deyəndən sonra suya atılıb. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Onun meyidi sudan çıxarılıb.
Araşdırmalar zamanı onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hazırda baş verən intiharın səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başalnıb./ans press/