22 Aprel 2014 15:24
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA vətəndaş hərəkatının üzvlərinin məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsitrləndirilən şəxslərin vəkilləri çıxış edib.

Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev, Üzeyir Məmmədlinin vəkili Yalçın İmanov və Şahin Novruzlulunun vəkili Nemət Kərimli çıxış ediblər. Vəkillər müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses aprelin 24-də davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzizova 8 il, Üzeyir Məmmədli 7 il 6 ay, Şain Novruzlu 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Hacı Zeynalov


Müəllif: