22 Aprel 2014 15:36
3 512

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Rövşən Abdullayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Abdullayev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il dekabrın 24-də Yasamal rayonu, Ağayev küçəsi, 42 saylı mənzildə Rövşən Abdullayev 1974-cü il təvəllüdlü Bəxtiyar Quliyevi bıçaqlayaraq öldürüb.

Uzun illər həbsxana həyatı yaşayan Bəxtiyar Quliyev kriminal aləmdə “Nakolka Bəxtiyar” ləqəbi ilə tanınıb.

Hacı Zeynalov


Müəllif: