29 İyun 2014 13:06

Hacıqabul rayonu, Muğan dəmir yol stansiyasında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Teleqraf.com-u FHN-in rəsmi saytına istinadən bildirir ki, Hacıqabul rayonu, Muğan dəmir yol stansiyasının Dəmir Yol İdarəsinin təmir-tikinti briqadasına məxsus 8 vaqondan ibarət dayanmış qatarın 1 vaqonunun (fəhlələlərin istirahət vaqonu, sahəsi 36 kv.m) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Qatarın qalan vaqonları yanğından mühafizə olunub. Yanğın saat 22:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...