30 İyun 2014 10:24
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 08:30-da Bakının Binəqədi rayonu ərazisində iki sərnişin avtobusu tuqquşub.

Teleqraf.com bildirir ki, yol qəzası Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib.

Avtovağzal ərazisində 96 və 82 saylı sərnişin avtobusları toqquşub. Qəza nəticəsində bir neçə sərnişin yüngülcə xəsarət alıb.

Qəzanın baş verməsində 82 saylı sərnişin avtobusunun sürücüsü günahkar olub. Bu barədə “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov məlumat verib. Onun sözlərinə görə, 82 saylı avtobusun sürücüsü avtovağzal ərazisindən çıxarkən ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə arxadan 96 saylı avtobusa çırpılıb. Nəticədə avtobusların şüşələri qırılıb. Hər iki avtobusdakı sərnişinlər aşağı düşürülüb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları çağırılıb. Nurəddin İsmayılovun sözlərinə görə, qəza nəticəsində heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır./ans press/


Müəllif: