30 İyun 2014 12:36
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 28-də Sabirabad şəhər sakini Fətullayev Abbas Nazim oğlunun qəsdən öldürülməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04:00 radələrində Sabirabad şəhəri, Ə.Kərim küçəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Abbas Fətullayevin boğaz nahiyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: