30 İyun 2014 13:07
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda və Şəmkirdə narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İsmayıl Nəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 64 kiloqram olan 290 ədəd çətənə kolu və 5 kiloqram 675,51 qram marixuana aşkar edilib.


Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərərindən Düyərli kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 440 kiloqram olan 3310 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif: