30 İyun 2014 13:10
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda “KamAZ” oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eşqin Həsənova və Elnur Mürsəlova məxsus “KamAZ” markalı avtomobilləri qaçırmış Oğuz rayon sakini Eldəniz Məmmədov tutulub.

E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, E.Həsənova məxsus “KamAZ” markalı avtomobili Şəki rayon sakini Emin Əliyevə 5500 manata satması, E.Əliyevin isə avtomobili hissələrə bölməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə E.Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: