1 İyul 2014 11:36
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com bildirir ki, Alanya şəhərində atışma qeydə alınıb.

Belə ki, adıçəkilən şəhərdə Tiflisdə doğulan 46 yaşlı Nizami adlı kişi daha öncə arasında münaqişə olan azərbaycanlı İlqar G, Sevindik K.(34) və Rusiya vətəndaşı Sakhıb G.(48) ilə qarşılaşıb.

Tərəflər arasında küçədə başlayan mübahisədən sonra silahlar çıxıb. Ayağından yaralanan Nizami adlı kişi xəstəxanaya çatdırılıb.

Hadisədən sonra adıçəkilən hər 3 şəxs həbs edilib.

Sevindik K. və Sakhıb G. məhkəmə qərarı ilə şərti azad edilsələr də, atəş açılan silah 48 yaşlı İlqarın adında qeydiyyatda olduğu üçün o həbs edilib. /ans press/


Müəllif: