1 İyul 2014 12:29
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonu Şəhər sossesində 1981-ci il təvəllüdlü Rövşən Nəzərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1980-ci il təvəllüdlü Tofiq Qasımovu və 1979-cu il təvəllüdlü Nazim Vəliyevi vurub.

Nəticədə, T.Qasımov aldığı xəsarətdən hadisə yerində ölüb, N.Vəliyev 3 saylı xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: