1 İyul 2014 14:07

Sabirabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Yastı Qobu kəndinin ərazisində qeydə alınıb. Füzuli rayon sakini Elşad Qəribov idarə etdiyi “Naz Lifan-7132” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini - arvadı Asyaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: