2 İyul 2014 12:23
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 saylı cəzaçəkmə müəssisəsində cəza şəkən "Lotu Quli" ləqəbli qanuni oğru Nadir Səlifov əvf olunmaq üçün müraciət etməsə də bunu anası və övladları edə bilərlər

N.Səlifovun vəkili Təranə Əliyeva belə deyib.

Vəkilin sözlərinə görə, Lotu Quli özü müraciət etməyi düşünmür: "10-cu ildir ki, təkadamlıq kamerada saxlanılır. İndiyə qədər heç nə ilə bağlı bir dəfə də olsun müraciət etməyib.

Əfvlə bağlı da yəqin ki, heç zaman özü müraciət etməyəcək. Ancaq mən müdafiə etdiyim şəxsin azadlığa buraxılmasını istəyirəm. Buna görə də bütün imkanlardan istifadə edəcəyəm. 2 il əvvəl anası əfvlə bağlı müraciət etmişdi. Yəqin ki, yenə də əfv üçün anası, uşaqları müraciət edə bilər. Qızının artıq 18 yaşı var, onların gələcəyi var"./İnterpress.az


Müəllif: