2 İyul 2014 12:33
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlcuq Ağlayan A.Məmmədovun həbsindən şok keçirib

2012-ci ilin dekabrında dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsindən bir həftə ötüb. Ölümündən öncə S.Babayevanı İstanbulda himayə etmiş türkiyəli iş adamı Səlcuq Ağlayan bu səbədən təssüləndiyini deyib

S.Ağlayan bildirib ki, əgər hər şey mətbuatda yazılanlar kimidirsə, yəni A.Məmmədov mağazadan oğurluq edibsə, bu, yaxşı hərəkət deyil:

“Demək ki, xətaya yol verib. Əgər bu suçu edibsə, xətadır. Amma lap bu suçu etsə də, onun əvəzi bu qədər ağır olmamalıdır. Baş verənləri heyrətlə izləyirəm. Elə bir lətifədir. İnsanlar ölkəni soyurlar, bu qədər cəza almırlar. Bizdə də bir sürü nazir oğulları var idi. Rza Zərrabı zatən xatırlayırsız. Ölkəni soydular, amma bu qədər cəza almadılar, indi azadlıqda gəzirlər. Bu uşaq da lap marketdən oğurluq da etsə, bu qədər cəza almamalı idi”.

S.Ağlayan bildirdi ki, Azərbaycan qanunlarına bələd olmasa da, bir insanın mağazadan oğurluq etməsinə görə 3.5 il cəza verilməsinin normal olduğunu düşünmür. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə oğurluğa görə bu qədər cəza olmur: “O gün saytınızda oxudum ki, Ayxanın sifarişlə tutulma ehtimalı var. Heç nəyi dəqiq bilmirəm. Bircə ondan əminəm ki, gec-tez hər şey üzə çıxacaq. Ona görə də hər kəs nə etdiyinə diqqət etməlidir”.

/Yeni Müsavat/


Müəllif: