2 İyul 2014 18:49
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib

Teleqraf.com xəbər verir ki, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Prosesdə hadisə baş verən gün Yeqor Şerbakov və Kseniya Popovanın birgə kafedə görüşdükləri dostları ifadə veriblər. Şahidlər hadisə baş verən gün Yeqor və Kseniya ilə kafedə pivə içdiklərini, daha sonra isə başqa kafeyə bilyard oynamağa getdiklərini söyləyiblər. Hadisə barədə bir gün sonra eşitdiklərini deyən şahidlər O. Zeynalovu tanımadıqlarını, onu ilk dəfə TV-də gördüklərini bildiriblər. Vəkillər, o cümlədən Orxan Zeynalov özü şahidlərdən Y. Şerbakovun cəsədini görüb-görmədiklərini, dəfndə iştirak edib-etmədiklərini soruşublar. Şahidlər isə Y. Şerbakovun cəsədini gördüklərini, dəfn mərasimində iştirak etdiklərini, mərhumun Moskvanın "Danilovski" qəbristanlığında dəfn olunduğunu vurğulayıblar.

Proses sabah şahid ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, 9 cilddən ibarət olan Orxan Zeynalovun cinayət işində şahid qismində 25 nəfərin adı keçir. O. Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. /APA/


Müəllif: