2 İyul 2014 19:11
446

Keniyanın paytaxtı Nairobidə “Fokker 50” tipli nəqliyyat təyyarəsi havaya qalxdıqdan dərhal sonra bir binanın üstünə düşüb.

Teleqraf.com məlumat verir ki, təyyarədə olan 4 ekipaj üzvü dünyasını dəyişib. Təyyarənin düşdüyü ofisin isə qəza anında boş olduğu öyrənilib.

Təyyarənin Somalinin paytaxtı Moqadişuya doğru getdiyi və yükün bölgədə qanuni olaraq istifadə edilən narkotik bitki növü olan qat olduğu bildirilib.

Hadisə yerinə çox sayda xilasetmə qrupu göndərilib. Qruplar bölgədə işlərini davam etdirir. /Axar.az/


Müəllif: