3 İyul 2014 10:33
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax yolunda 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Teleqraf.com APA-ya istinadən bildirir ki, hadisə iyulun 2-dən 3-ə keçən gecə, saat 04:30 radələrində qeydə alınıb.

Ucar rayon sakini, 62 yaşlı Hacıyev Fərman Yusif oğlunun idarə etdiyi 41-BB-557 dövlət nömrə nişanlı, “VAZ -21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29 yaşlı Nəzərov Adil Rafiq oğlunun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı mikroavtobus toqquşub.


Nəticədə “VAZ-21011”-in sürücüsü hadisə yerində dünyasını dəyişib.


“Ford”un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb.


Xəsarət alanlardan 7-si - Bakı sakinləri, 30 yaşlı Hacıyev Samir Akif oğlu, 33 yaşlı Hüseynova Sərminə Ramiz qızı, Sumqayıt sakinləri - 67 yaşlı Osmanov Ədalət Musa oğlu, 29 yaşlı Mirzəyev Tarif Mahmud oğlu, 42 yaşlı Qəzənzadə Yeganə Faxrəd qızı və 49 yaşlı Namazova Turac Qara qızı və sürücü A. Nəzərov Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.


Daha 3 nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25 yaşlı Əliyeva Əzizə Xanəhməd qızı və Gürcüstan vətəndaşı 62 yaşlı Əliyev Əsgər Əkbər oğlu Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Müəllif: