3 İyul 2014 10:37

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Suraxanı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini Firudin Mürsəlov özünü asıb. O rayon ərazisində kirayədə yaşayırdı və paytaxtda fərdi əməklə məşğul olurdu. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: