3 İyul 2014 13:29
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Tərtər rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Sarov kəndində qeydə alınıb. Rayon sakini Mayıl Hüseynov münaqişə zəminində həmkəndlisi Yelmar Abbasova bıçaqlayıb. Yelmar Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mayıl Hüseynov tutulub.

Hacı Zeynalov


Müəllif: