3 İyul 2014 16:17
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xaçmazın Xudat şəhərində gənc qadın xəstəxanada vurulan iynədən sonra ölüb.

Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilən 24 yaşlı Sevinc Seyfulla qızı Mövludovaya iynə vurulub. İynədən sonra qadının halı daha da pisləşib və dünyasını dəyişib.

Xəstəxananın baş həkiminin müavini Lətif Abbasov bildirib ki, qadın xəstəxanaya anafilaktik şok diaqnozu ilə daxil olub.

“Qadın allergiya xəstəsi olub. Ona iynə vurulandan sonra vəziyyəti daha da kəskinləşib. Onun həyatını xilas etmək mümkün olmayıb”.

Həkim xəstənin ölüm səbəbinin araşdırıldığını əlavə edib.

Hazırda Sevinc Mövludovanın meyidi tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

/ans press/

Müəllif: