3 İyul 2014 16:53
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ötən il qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara və yetkinlik yaşlarına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 30 qadın dünyasını dəyişib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, keçən il belə cinayətlər nəticəsində 3 azyaşlı və 3 yeniyetmə ölüb.

Ümumilikdə ötən il qadınlara qarşı zorakılıqla bağlı 1803 cinayət törədilib. Onların 51-i yetkinlik yaşına çatmayan qızlara qarşı olub. Zorakılıqla bağlı cinayətlərin 713-ü qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib. Onların da 27-si yetkinlik yaşına çatmayan qadınlara qarşı olub.

Ötən il qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara və yetkinlik yaşlarına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 678 qadın, 5 azyaşlı, 25 yeniyetmə xəsarət alıb.


Müəllif: