3 İyul 2014 17:33

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini Vüsal Orucov xuliqanlıq zəminində həmyerlisi Mirim Misirxanova bıçaqlayıb. Mirim Misirxanov xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Orucov tutulub.

Hacı Zeynalov


Müəllif: