4 İyul 2014 09:32
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonunda 78 yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək pəncərədən daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Əməliyyat saat 07:29-da başa çatmışdır.


Müəllif: