23 Aprel 2014 09:53
557

Bakının Qaradağ rayonunda intihar hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mikayıl Rzayev özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atıb. Mikayıl Rzayev hadisə yerində ölüb. Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: