4 İyul 2014 12:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtodayanacaq gözətçisini qətlə yetirərək yandıran Vidadi Umudovun məhkəmədi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, bu ilin yanvarın 24-də Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Mikayıl Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilib və o, tutulub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 8-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: