4 İyul 2014 13:00
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Salyanda ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 3-də saat 16 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Nicat Balabəyovun idarə etdiyi “Hyundai” və Tərlan Məhərrəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. T.Məhərrəmov hadisə yerində ölüb.

Həmin gün, saat 14 radələrində Salyan rayonu Kürsəngi kəndinin ərazisində yol qəzası baş verib. Lənkəran şəhər sakini Elnur Qasımovun idarə etdiyi “Mercedes” və Neftçala rayon sakini Şahmar Axundovun idarə etdiyi “Kana” markalı avtomobillər toqquşub. Ş.Axundov hadisə yerində ölüb, sərnişini, Bakı şəhər sakini Şahin Axundov xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: